Zelenskinin Türkiyəyə işgüzar səfəri başladı
    • 10-04-2021, 11:25
    • 474

Zelenskinin Türkiyəyə işgüzar səfəri başladı

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyə səfəri başlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, işgüzar səfər çərçivəsində Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İki dövlət başçısının həmsədrliyi altında Ukrayna ilə Türkiyə arasındakı Yüksək Səviyyəli Strateji Şuranın doqquzuncu iclası keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.