-
- 26-10-2018, 18:45
- 1 245
Nuranın “Sevgi romanı”nda təlaş yaşandı – FOTOLAR -VİDEO
Müğənni Nura Suri yeni klip və mahnısına təqdimat mərasimi keçirib.
News24.az xəbər verir ki, sözləri Zülfi Bədəlova, aranjimanı Fərid Ağaya aid olan mahnı “Sevgi romanı” adlanır. Klip rejissoru Natiq Muxtarovdur.
Tədbirdə media nümayəndələri və ekran işinin çəkiliş heyəti iştirak edib.
Saat 15:00-a planlaşdırılan təqdimat bir qədər gecikib. Buna səbəb isə klipin nümayişində yaranan texniki problem olub.
Klipin ideya müəllifi və prodüseri jurnalist Seymur Zəkəriyayev məkanda iştirak edən hər kəsi salamlayaraq Nura Surinin yeni işi haqda məlumat verib:
“Nura bu mahnının demo versiyasını bir neçə həftə öncə mənə yollamışdı. Ona bir neçə dəyişiklik edilməsini məsləhət gördüm. Ona bəstənin tut əllərimdən sözləri ilə birməsinin uyğun olduğunu dedim. Elə klipin ideyası da bu kəlmədən irəli gəldi. Yəni klipdə mütləq formada baş qəhəmanın əlləri olmalıdır. Müasir dövrdə sadə çəkilişlər daha aktualdır. Ekran işininin rejissoru Natiq Muxtarovun çəkdiyi ilk klipdir.
Nura xanım istədi ki, gənc rejissorla çalışsın. Hazırda bütün dünyada tanınmış simalar gülməli vəziyyətə düşməkdən çəkinmirlər. Bu özü də son zamanların ən aktual tendensiyasıdır”.
S.Zəkəriyayev daha sonra sözü Nura Suriyə verib:
“Klipdə gördüyünüz əllər, məni balışla döyən şəxs məhz rejissor idi. Klipin sonunda evlənmişəm. Ümumiyyətlə bizdə belədir. Sevdinsə gərək ərə gedəsən. Mən də ərə getmək üçün ölürəm də…
Sözlərini Zülfi Bədəlov yazıb, aranjimanı Fərid Ağaya məxsusdur. Əslində F.Ağa da burada iştirak etməli idi. Sadəcə unudub. Onu da qeyd edim ki, Z.Bədəlovla qarşıda bir neçə layihəmiz var. Həmçinin bu və qarşıdan gələn kliplərdə stilist Elnur Həsənovla birgə işbirliyi qurmuşuq”.
N.Suri çəkiliş günü baş verən hadisəni danışıb:
“Əslində 1 günə çəkilməli idi. Hamımız gecikdik və çəkilişə günorta gəldik. Buna görə də işimiz 2 gün çəkdi”.
İfaçının bu açıqlamasına top-stilist Elnur Həsənov irad bildirib:
“Nura dedi ki, səhər 8-də yuxudan oyana bilməyəcəyini və üzünün yorğun görünəcəyini bildirdi. Saat 12-də gəldi və 3-də klipə başladıq. Yəni, heç kim gecikməyib”.
“Sevgi romanı”nın söz müəllifi Zülfi Bədəlov Nura Suri üçün özünə qoyduğu qadağanı pozduğunu dilə gətirib:
“Bilənlər bilir ki, mən dostlarımdan başqa heç bir müğənni üçün mahnı sözü yazmıram. Yalnız dostlarım və öz bəstələrim üçün söz yazıram. Nura xanım da yad olmadığı üçün razılıq verdim. Səhər 6-ya kimi studiyada olmuşuq”.
Tədbirin səbəbkarı hazırda klip bazarında olan durğunluqdan və efirlərdəki bayağılıqdan da söz açıb:
“Ad almış, hörmətli bir çox müğənnilər efirə çıxmırlar. Buna görə də səhnə boş qaldı. Bayağı musiqi dəbə düşdü. Bizdə klip kanalı olmadığına görə pul xərcləyib klip çəkdirmək sərf etmir. Telekanallarda 1 saat vaxt ayrılır və həmin zaman kim baxırsa baxır. Ekran işi gün ərzində ən azı 5-10 dəfə yayımlanmalıdır ki, sevilsin.
Durğunluğa gəldikdə isə bu hamıda olub və dana bilmərəm ki, bu situasiyanı Aygün Kazımova və Röya Ayxan aradan qaldırdı. Bu sağlam rəqabət idi. Biri də var ki, kiminsə işinə baxırsan və “əşi onun gördüyü iş nədir?” Amma bəhrələnmək lazımdır. Onun gördüyü işdən daha yaxşı nı etmək vacibdir.
Təki biz müğənnilər bir-birimizin gördüyü işə sevinək, xoş sözlər deyək və sağlam rəqabət olsun. Xanım müğənnilər çox aktivdir. Mən bunu bəyənirəm və bu mənə stimul verir”.
Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov