Bu restoranlar CƏRİMƏLƏNDİ - TAM SİYAHI
    • 12-04-2021, 16:01
    • 960

Bu restoranlar CƏRİMƏLƏNDİ - TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 422 ictimai iaşə obyektində 726 monitorinq keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər ‎rayonu, Mərdakan qəsəbəsində yerləşən, fiziki şəxs Mustafayev Amil Əbdül oğluna məxsus “Kəndimiz” kafesi;

2. Bakı şəhəri, Xəzər ‎rayonu, Mərdəkan ŞTQ S.Yesenin ünvanında yerləşən, fiziki şəxs Hüseyinov Əliyə məxsus “Dönər evi”;

3. Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov ev 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim kebap” restoranı;

4. Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov ev 9 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mehti Kamaloviçə məxsus kafe;

5. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə ev 216 ‎ ünvanında yerləşən, fiziki şəxs Abdullayev Əhliman Mirzə oğluna məxsus “Manqalüstü” restoranı;

6. Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə k.ev 114D ‎‎ ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hünbət oğluna məxsus “Urfa sofrası” restoranı;

7. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev12 ünvanında yerləşən, fiziki şəxs Məmmədova Rəqsanə Dəmir qızına məxsus kafe;

8. Bakı şəhəri, Xətai rayonu, Babək pr. 90C ‎ ünvanında yerləşən, fiziki şəxs Sadıqova Səbinə Vaqif qızına məxsus kafe;

9. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ŞTQ M.Fətəliyev ev 41‎ ünvanında yerləşən, fiziki şəxs Tanriverdiyeva Adilə Muzəffər qızına məxsus kafe;

10. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə.Əliyev 1993 ünvanında yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus “Çənlibel” kafesi;

11. Bakı şəhəri, Xətai ‎rayonu., Vəzirov ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus kafe;

12. Bakı şəhəri, Yasamal ‎rayonu, C.Cabbarlı ev 44 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Aqil Habil oğluna məxsus restoran;

13. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan yolu M.Musayev ‎ ünvanında yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus “Dr Meat” kafesi;

14. Göyçay rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Rüstəmov Azad Ağazahid oğluna məxsus kafe;

15. Tovuz rayonu, Bayramlı ünvanında yerləşən, fiziki şəxs Cəfərov Pərviz Məmmədrza oğluna məxsus çay evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.