Bərdədə yas mərasimləri aşkar edildi
    • 13-04-2021, 10:40
    • 348

Bərdədə yas mərasimləri aşkar edildi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 12 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.