-
- 14-04-2021, 10:23
- 403
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək SAXLANILDI
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 13-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumatına görə, Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 3 nəfər tibbi prosedurlar gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir: "Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə DİN-dən bildirilib.