Azərbaycanda vəkillərin sayı açıqlandı
    • 14-04-2021, 17:22
    • 421

Azərbaycanda vəkillərin sayı açıqlandı

Azərbaycanda vəkillərin sayı açıqlanıb.

Vəkillər Kollegiyasından News24.az-a  bildirilib ki, Kollegiya üzvlərinin sayı 1931 nəfərə çatıb.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər and içiblər.