-
- 15-04-2021, 10:38
- 244
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra mühüm tədbirlər planının icrasına start verib.
News24.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu tədbirlər planına uyğun olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, vətəndaş müraciətləri əsasında küçə xətlərinin çəkilməsi, qaz xətlərinə mövsümi qulluq, torpaq üzərinə düşən böyük diametrli qaz xətlərinin beton dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə (xüsusən Bakı şəhəri) tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi və s. işlər görüləcək.
Nəticədə minlərlə abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlıq, fasiləsizlik, etibarlılıq təmin ediləcək. Bu tədbirlərdən biri olaraq bu gün Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Eyni zamanda avtomobil yolunda təmir işləri aparıldığı bir vaxtda həmin ərazidən keçən qaz xətlərinə texniki baxışın aparılması üçün də yaxşı fürsət yaranıb. Belə olan halda bu yerdəki qaz kəmərlərinin əsaslı təmiri prosesi önə çəkilib ki, sonradan yolda bir daha qazıntı işi aparılmasın. Bütün bu tədbirlərin icrası zamanı aprelin 15-də səhər saat 10:00-dan etibarən Azadlıq prospekti, M.Qaşqay, E.Tağızadə, E.Qasımzadə, A.Səhhət, S.Əsgərova, R.Axundov, S.Rəhimov, Ş.Bədəlbəyli, H.Ələsgərova, Q.Quliyev və digər bir neçə küçədə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Qaz təchizatında bərpa işlərinin texniki olaraq tələb olunan vaxtdan ən azı 2 saat öncə başa çatdırılması planlaşdırılır.