Qobu bələdiyyə sədri 3 min manat cərimələndi
    • 15-04-2021, 14:00
    • 528

Qobu bələdiyyə sədri 3 min manat cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

DİN-in Mətbuat xidmətindən News24.az-a bildirilib ki, aprelin 14-də Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Qobu qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində protokol tərtib edilərək 3 000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.