Lukaşenkonun Azərbaycana SİRLİ SƏFƏRİ: Sən demə, Rusiya…
    • 15-04-2021, 14:28
    • 457

Lukaşenkonun Azərbaycana SİRLİ SƏFƏRİ: Sən demə, Rusiya…

 Belarus Prezidenti Aleksandr Lukaşenko 13-14 aprel tarixlərində Azərbaycanda işgüzar səfərdə olub. Ölkə rəhbərlərinin görüşündə bir sıra vacib məsələlər müzakirə edilib.

Politoloq Qabil Hüseynli News24.az-a açıqlamasında səfəri şərh edib. O bildirib ki, Azərbaycanla Belarus arasında əlaqələr həmişə müsbət xarakter daşıyıb: “Ən əsası hərbi-sənaye sahəsində əməkdaşlığımız uğurlu olub. Belarusun bizə verdiyi “Polonez” raketləri İkinci Qarabağ müharibəsində Ordumuzun döyüş qabiliyyətini xeyli artırdı. Bundan başqa, iki ölkənin siyasi rəhbərləri arasında böyük etimad və dostluq münasibətləri var. Rəhbərlərin hər ikisi bir-birinə etimad edir. Belarus Azərbaycana yenə də özünün hərbi-sənaye kompleksinin məhsullarını təqdim edir. Azərbaycan bu istiqamətdə hələ ki düşünəcək. Bir sıra sənədlər imzalanıb. Azərbaycan köhnə postsovet ölkələrindən silahlar alınması məsələsini bir qədər ləngitmək fikrindədir. Elə Lukaşenkonun da tələsik ölkəyə gəlməsinin səbəblərindən biri də bundan ibarətdir. Rusiyadan aldığımız silahların bəziləri özünü doğrultmur. Üstəlik Rusiya və Azərbaycan arasındakı münasibətlər öz reysinə tam oturmayıb. Güman edirəm ki, Belarus etibarlı müttəfiqdir. Lukaşenkonun bu səfəri Belarus-Azərbaycan münasibətlərinə böyük töhfə verəcək”.  

Siyasət şöbəsi