Sankt-Peterburqda Heydər Əliyevin xatirəsi yad edildi - Foto

Sankt-Peterburqda Heydər Əliyevin xatirəsi yad edildi - Foto
GÜNDƏM / SİYASƏT

17-04-2021, 13:21

Mətn ölçüsü

Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib. 
 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər. 

Nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ulu öndər Heydər Əliyevin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər. 

Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək barelyef önünə qızıl güllər düzüblər.