"O, kinomuzun əvəzolunmazı idi..." - FƏXRƏDDİN MANAFOV
    • 18-04-2021, 16:21
    • 604

"O, kinomuzun əvəzolunmazı idi..." - FƏXRƏDDİN MANAFOV

"Getdiyimiz bu yolun sonunu Eldar müəllim gətirdi. Çox ağır itkidir. Eldar müəllim Azərbaycan kinosunun əvəzolunmaz rejissoru idi".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Fəxrəddin Manafov deyib. O, bildirib ki, Eldar Quliyevdən sonra Azərbaycan kinosu yaşamalıdır və yeni nəsil yetişməlidir: "Həm rejissor, həm də kinonun digər qollarında maraqlı gənclərimiz var. Azərbaycan kinosu mütləq qalxmalı və yenidən böyük nüfuz qazanmalıdır".