Elza tələf etdiyi övladı, 29 min borcu və heç vaxt görmədiyi QARDAŞINDAN DANIŞDI
    • 19-04-2021, 13:34
    • 481

Elza tələf etdiyi övladı, 29 min borcu və heç vaxt görmədiyi QARDAŞINDAN DANIŞDI

"Atam oğlan övladının olmağını istəyirdi, amma ailəmizdə ard-arda qız uşaqları dünyaya gəldi. O dövrlərdə atam Rusiyaya işləməyə getmişdi. Amma gərək, anam onu oraya göndərməzdi. Qohumumuz Rusiyaya gedib qayıdandan sonra bizə dedi ki, atamın orada oğlu var. İstəyərdim ki, bura gəlsin. "DNT" analizi edək, əgər həqiqətən də qardaşımdırsa, onu sevə-sevə qəbul edərəm. Axtarmışdıq, hətta "İnterpol"a da vermişdik".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəzər TV"-də yayımlanan "Dəyişən cavab" verilişində deyib. Söhəbt əsnasında məlum olub ki, E. Seyidcahanın hazırda banka 29 min manat borcu var: "Novxanıda bağımız var idi. Anam düşünürdü ki, bağı satıb qızlarına ev alsın. Amma dələduzların qurbanı oldu. Anamın evi söküldü. Yeni ev almaq üçün bankdan pul götürdüm. Faizini ödəyirəm, hələ də 29 min qalıb".

Əməkdar artist onu da bildirib ki, oğlu efirlərdə şeir deməsini qadağan edib: "Təkcə, şeir yox, həm də ekstravanqart üslubunda geyinməyimi istəmir. Səhnədə hər şey ola bilər. Bəlkə bundan sonra açıq-saçıq səhnəm də oldu. Mən bundan sığortalanmamışam. Çünki, mən sənətimim fədayəsiyəm. Teatral insanam. Əgər, rejissor deyirsə bunu eləməlisən, deməli etməliyəm. Kimsə sənətimdən çəkinib utanırsa ondan incimərəm. Siz məndən imtina edə bilərsiniz. Bir də görürsən kimsə mənə zəng edib filankəs yanımda deyib ki, "bu nədir Elza ancaq hahaha oxuyur, o nə şeirdir deyir?" mən də bu sözlərə görə həmin adamla dalaşıram. Mənə görə dalaşmayın, əzab çəkməyin. Siz də onlara qoşulun, Elzaya daş atın. Onsuzda nə qədər ünvanıma daş atsanız mənə heç nə olmaz. Haqqımda fikir bildirənlər mənim keçdiyim yolların yarısını keçsinlər".

E. Seyidcahan bir övladını tələf etdiyi etiraf edib: "Hər bir xanımda olduğu kimi, məndə də bir dəfə olub. Övladımı tələf etdim. Ailədə söz-söhbətlər olur. Qaynana ilə bir evdə yaşıyırdım. Müəyyəm problemlər yarandı və həyat yoldaşımdan boşandım".