Hadı Rəcəbli biabırçı videodan DANIŞDI: “Hüseynbala oruc tutur
    • 22-04-2021, 11:24
    • 501

Hadı Rəcəbli biabırçı videodan DANIŞDI: “Hüseynbala oruc tutur"

Sabiq deputat Hadı Rəcəbli Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı açıqlama verib.

Keçmiş deputat bildirib ki, Hüseynbala Mirələmovla dostluğunun dərin tarixi var: “Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb: “Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”. /Modern.az/