"Bizi güdəcəklər!" - DİLARƏ ƏLİYEVA

"Bizi güdəcəklər!" - DİLARƏ ƏLİYEVA
ŞOU-BİZNES

22-04-2021, 12:47

Mətn ölçüsü

"Vaksin vurdurmağı faciəyə çevirirlər. Böyük insanlar da peyvənd olunur. Hamı düşünür ki, doğrudan vaksin vurdurur, yoxsa vitamin C-dir?"
 
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "ATV Səhər"-də deyib. Aktrisa ictimaiyyətin peyvəndə qarşı etinasızlığını tənqid edib: "Hələ deyirlər ki, vaksin deyil, çipdir. Bizi güdəcəklər! Sən kimin nəyinə lazımsan? İnsan özünü necə bu qədər böyüdə bilər? Özümüz özümüzü belə böyütməsək, şübhələndiyimiz məqamlara aydınlıq gətirsək, az qala faciəyə çevirdiyimiz məsələlərin həllini tapsaq, hər şey yaxşı olar. Həyatda hər şeyə gülüb keçənlər digərləri ilə nisbətdə daha rahat yaşayır".

Ülviyyə Musayeva Ülviyyə Musayeva