Dünyanın ən qorxunc sevgisi - Meyidi ilə 7 il yaşadı- FOTO
    • 29-10-2018, 11:15
    • 1 302

Dünyanın ən qorxunc sevgisi - Meyidi ilə 7 il yaşadı- FOTO

Elena de Hoyos adlı gəc qadın, 1933-cü ildə vərəm xəstəliyinə tutulduqdan sonra, müalicə almaq üçün bir müddət xəstəxanada qalır. News24.az xəbər verir ki, orda çalışan radioloq Karl Tanzler Hoyosu görən kimi ona aşiq olur.

İnsanlara, ona olan sevgisindən bəhs edərkən, “Budur, röyalarımda gördüyüm qadındır” deyirdi. Həkim Elenaya dəfələrcə evlənmə təklifi etsə də, həmişə rədd cavabı alıb.

Elena müalicəsi bitib xəstəxanadan çıxdıqdan sonra, başqası ilə evlənsə də,  Karlın ona olan sevgisi, heç vaxt tükənməyib. Elena de Hoyos çox keçmədən tutulduğu vərəm xəstələyindən  həyatını itirdi.

Karl Elenanın meyidini xəstəxanadan oğurlayaraq 7 il boyunca onunla bir yerdə yaşayıb. O, zamanla çürüyən meyidin üzərində dəyişikliklər edib.

Belə ki, simlərlə dərini sümüklərə bərkidib, gözlərini yerindən çıxararaq şüşə gözlər qoyub və pis qoxu gəlməsinin qarşısını almaq üçün kimyəvi maddələrdən istifadə edib. İllər keçdikdən sonra Elenanın ailəsi,meyidin Karl tərəfindən oğurlandığını öyrənib. 

Karlın evinə gedən polis, onu, nekrofiliyada (ölü ilə cinsi əlaqədə olma) ittiham edərək saxlayıb. Bu olanların onun sevgisinə heç bir təsiri olmayıb.

Belə ki, Karl həbsdən çıxdıqdan sonra, Elenanın kuklasını hazırlayaraq yaşamını onunla sonlandırıb.

Şəlalə Ağayeva