HAVA PROQNOZU
    • 29-10-2018, 12:00
    • 986

HAVA PROQNOZU

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabr ayının 30-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin ayın 31-də şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-22, mərkəzi Aran rayonlarında 18-23, dağlı ərazilərdə isə 10-15 dərəcə isti müşahidə olunacaq".