Avropanın bir neçə şəhərində Ermənistanın mina xəritələrini VERMƏMƏSİ İLƏ BAĞLI AKSİYA KEÇİRİLDİ
    • 24-04-2021, 16:57
    • 408

Avropanın bir neçə şəhərində Ermənistanın mina xəritələrini VERMƏMƏSİ İLƏ BAĞLI AKSİYA KEÇİRİLDİ

Niderlandda, Böyük Britaniyanın London, Koventri, Almaniyanın Münhen və Fransanın Nant şəhərində Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiyalar təşkil edilib.

News24.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyalarda "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!", "Azərbaycanı minalardan azad et!", "Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır" şüarları yer alıb.
Aksiyaların məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. 

Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib. /apa.az