“Baydenin addımından ilk növbədə ABŞ və ermənilər ziyan görəcək” – AÇIQLAMA
    • 25-04-2021, 10:25
    • 390

“Baydenin addımından ilk növbədə ABŞ və ermənilər ziyan görəcək” – AÇIQLAMA

“Kimin söyləməsindən asılı olmayaraq ifadələr, cümlələr, bəyanatlar gerçək tarixi dəyişdirə bilməz”. 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat bildirib ki, “Erməni soyqırımı” olmayıb və uydurmadır: “ABŞ Prezidenti Co Bayden  heç bir hüquqi qüvvə daşımayan, yalnız sırf siyasi məqsədlərdən ötrü  “erməni  soyqırımı” ifadəsini işlətməklə amerikalıların fəxrlə danışdığı ədalət prinsipini dəfn etdi. Bu da ədalətdən, demokratiyadan dəm vuranların mövqeyi! Belə “ədalət” və “demokratiya” heç kimə nümunə ola bilməz! Bu hərəkət regionda barışa deyil, qızışdırıcılığa xidmət edir. Ondan ilk növbədə ABŞ və ermənilər ziyan görəcək! Ermənilərin 1918-ci ilin martında Bakıda və 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımılarını görməyən şəxslərin 106 il əvvəlin yalanını siyasiləşdirmələrinin adı nədir?”

Siyasət şöbəsi