Bərdədə içində avtomobil olan təmir sexi yandı
    • 26-04-2021, 17:45
    • 406

Bərdədə içində avtomobil olan təmir sexi yandı

Bərdədə avtomobil təmiri sexi yanıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 304 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən ikisinin yanar konstruksiyaları 70 m² sahədə və içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb

Bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.