-
- 27-04-2021, 13:57
- 615
Vətən Müharibəsinə həsr olunan bəstəkarlıq müsabiqəsi elan edildi
Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunur.
Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, müsabiqə 2021-ci ilin 1 may-1 oktyabr tarixində keçiriləcəkdir.
Simfonik əsər kateqoriyası üzrə keçirilən müsabiqədə yaşı 25-dən 35-ə qədər olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilər.
İştirakçıları münsiflər heyətinin üzvləri – Firəngiz Əlizadə (Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri), Aydın Əzimov (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru), Fəxrəddin Kərimov (Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru), Həcər Babayeva (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru) və Ayaz Qəmbərli (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, bəstəkar) qiymətləndirəcəklər.
Əsərlərin müzakirəsi qapalı şəraitdə keçiriləcək. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra 15 oktyabr 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (http://mct.gov.az) yayımlanacaq.
Qalib olmuş müəlliflərin əsərlərinin 8 noyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək “Qələbə” konsertində səsləndirilməsi nəzərdə tutulur.