“Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırıldı
    • 27-04-2021, 16:05
    • 649

“Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırıldı

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu 2 oyunluq cəzalandırıb.

News24.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”la oyundan (2:2) dava-dalaşa təhrik edici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.

“Neftçi” isə 4 min manat cərimə olunub.