Birinci sinfə qəbulla bağlı vatsap hesabı yaradıldı
    • 27-04-2021, 16:13
    • 382

Birinci sinfə qəbulla bağlı vatsap hesabı yaradıldı

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı yaradılıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaşlar həmin platforma vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.
Keçidhttps://api.whatsapp.com/send/?phone=994512067848
“Whatsapp” nömrə: (+994) 051 206 78 48