Döyüldüyü görüntüləri  yayılan jurnalist özünü binadan atıb öldürdü - VİDEO
    • 30-10-2018, 12:10
    • 774

Döyüldüyü görüntüləri yayılan jurnalist özünü binadan atıb öldürdü - VİDEO

Efirlə canlı bağlantı qurulan zaman sərxoş şəxs tərəfindən yumruqlanan müxbir intihar edib.

Həmin anın videosu sosial şəbəkələrdə yayıldıqdan sonra "məşhurlaşan" jurnalist özünü binadan atıb.

Rusiyanın NTV kanalında müxbir işləyən 25 yaşlı Nikita Razvozayev həmin hadisənin baş verməsindən təxminən 3 ay sonra canına qəsd edib.

Onun sevgilisindən ayrıldığı və son zamanlar depressiyada olduğu deyilir.

Qeyd edək ki, Rusiyanın hərbi hava qüvvələri günü ilə bağlı standap edən müxbir keçmiş sərxoş desantçı Aleksandr Orlov tərəfindən yumruqlanıb.

Orlov jurnalistin ölümünə görə məyus olduğunu bildirib və ailəsinə başsağlığı verib.

//Mirror.az