Meksikada metro körpüsü çökdü - ÖLÜ SAYI 23-Ə ÇATDI - YENİLƏNDİ - VİDEO
    • 4-05-2021, 16:31
    • 384

Meksikada metro körpüsü çökdü - ÖLÜ SAYI 23-Ə ÇATDI - YENİLƏNDİ - VİDEO

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.

News24.az xəbər verir ki, şəhər meriölənlər arasında yetkinlik yaşına çatmayanların olduğunu açıqlayıb. Rəsmi məlumatlara görə, xəstəxanaya 65 nəfərin yerləşdirildiyi qeyd edilsə də, burəqəmin 79 olduğu bildirilir. 

*** 09:14
Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı artıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Olivos və Tesonko stansiyalarının yaxınlığında baş verən qəzada ölü sayı 15-ə yüksəlib. 

*** 08:49
Meksikanın paytaxtında metro körpüsünün çökməsi nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "Universal" ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə Mexiko şəhərinin cənub-şərqində, Olivos və Tesonko stansiyalarının yaxınlığında baş verib.