-
- 5-05-2021, 15:48
- 458
20 əməkdaşın işdən çıxarılması xəbərinə rəsmi REAKSİYA
TƏBİB tibb müəssisəsində 20-yə yaxın əməkdaşın işdən azad edilməsi xəbərinə münasibət bildirib.
Qurumdan daxil olan məlumatı təqdim edirik:
“Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir. Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir.
Odur ki, sözügedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər”.
Qeyd edək ki, mətbuatda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 20-yə yaxın əməkdaşını qanunsuz olaraq işdən çıxarması ilə bağlı məlumat yayılmışdı. İnstitutunun keçmiş texniki Teymur Sultanovun iddiasına görə, işçiləri aldadaraq qurumun adının dəyişdiyini səbəb göstərib işdən çıxmaq və TƏBİB-ə işə qəbulla bağlı iki ərizə yazdırıblar. Lakin sonradan ikinci ərizə cırılaraq atılıb, onlara onlara öz ərizələrilə işdən azad olunduqları bildirilib. /Qafqazinfo.az/