"Teatrları açın" - Sənubər İsgəndərli TƏBİB-ə SƏSLƏNDİ

"Teatrları açın" - Sənubər İsgəndərli TƏBİB-ə SƏSLƏNDİ
ŞOU-BİZNES

6-05-2021, 10:58

Mətn ölçüsü

"Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşsan, deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında yazıb. Aktrisa TƏBİB-ə səslənərək, teatrların açılmasını istəyib: "Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm TƏBİB bunları nəzərə alacaq".

Ülviyyə Musayeva Ülviyyə Musayeva