İmtahandan az bal yığan şagird intihar etdi

İmtahandan az bal yığan şagird intihar etdi Hadisə
Ağdamda 17 yaşlı yeniyetmə intihar edib.

Hadisə rayonun Orta Qərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Şəfayət Elmin oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, 11-ci sinif şagirdinin intiharına buraxılış imtahanından az bal yığması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.