Albert Aqarunovun anım mərasimi keçirildi - FOTO

Albert Aqarunovun anım mərasimi keçirildi - FOTO
QARABAĞ / GÜNDƏM / Foto

8-05-2021, 14:29

Mətn ölçüsü

1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan igid tankçı Albert Aqarunovun anım mərasimi keçirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirliyin bir qrup hərbi qulluqçusu Milli Qəhrəmanın məzarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəmanın ailə üzvlərinə nazirliyin rəhbərliyi adından başsağlığı çatdırılıb və igid döyüşçü Albert Aqarunov kimi Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu vurğulanıb.

Müdafiə Nazirliyin hərbi qulluqçularının, şəhidin ailə üzvlərinin, Dağ Yəhudiləri Dini İcması üzvlərinin, qəhrəmanın döyüşçü yoldaşlarının və digərlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Milli Qəhrəmanın ailə üzvləri də öz növbəsində igid döyüşçünün xatirəsini daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.