Neftçalanın icra başçısı özünə yeni müavin TƏYİN ETDİ
    • 8-05-2021, 19:34
    • 477

Neftçalanın icra başçısı özünə yeni müavin TƏYİN ETDİ

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

News24.az xəbər verir ki, İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin edilib.
Bu vəzifəyə Burcalı Əlican oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, Burcalı Ağayev 1979-cu ildə Neftçala şəhərində anadan olub. O, bundan əvvəl İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə rayonun Kürkənd kənd inzibati ərazi nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. /report.az