Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi
    • 9-05-2021, 10:43
    • 520

Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı veteranları təbrik edib.

News24.az xəbər verir ki, bununla bağlı səfir tviter hesabında təbrik mətni paylaşıb.
Mətndə deyilir: "Azərbaycan xalqını 9 may - Faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycana sülh, əminamanlıq və xoş gələcək arzulayıram".