Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya düşdü
    • 9-05-2021, 21:30
    • 486

Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya düşdü

Bakıdan Zaqatalaya hərəkət edən mikroavtobus qəzaya düşüb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala rayon sakini, 1980-cı il təvəllüdlü Əlixanov Şahin idarə etdiyi "Mersedes-Vito" markalı mikroavtobusla hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq çalaya düşüb. 
Hadisə zamanı xəsarət alan sürücü Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo.az/