Lənkranda yaşayış evindən 3 kiloqramdan artıq NARKOTİK AŞKARLANDI - FOTO
    • 12-05-2021, 15:52
    • 355

Lənkranda yaşayış evindən 3 kiloqramdan artıq NARKOTİK AŞKARLANDI - FOTO

Lənkəranda yaşayış evindən 3 kiloqramdan artıq narkotik aşkarlanıb.

News24.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir