YAP Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər - Fotolar
    • 16-05-2021, 18:29
    • 556

YAP Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər - Fotolar

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda partiyanın rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin  doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

News24.az xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova, YAP Ağstafa rayon təşkilatının fəalları, Gənclər Birliyinin könüllüləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri partiyanın Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin məzarını ziyarət edib, onun ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıblar.