FHN 3 azyaşlını xilas etdi
    • 17-05-2021, 12:17
    • 389

FHN 3 azyaşlını xilas etdi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 14 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən News24.az bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib.
“Mersedes” markalı mikroavtobus və VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğramış mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.