Rəşid Behbudovun qızı Şuşaya niyə aparılmadı?
    • 17-05-2021, 13:09
    • 1 279

Rəşid Behbudovun qızı Şuşaya niyə aparılmadı?

Şuşada keçirilən "Xarıbülbül" festivalına Rəşid Behbudovun qızı Rəşidə Behbudova dəvət edilməyib.

News24.az xəbər verir ki, bu barədə Behbudovanın həyat yoldaşı Kamil Şahverdiyev məlumat verib.

O, Rəşidə xanımın bu festivala dəvət edilməməsindən təəssüfləndiyini bildirib:

“Şuşada "Xarıbülbül" festivalı möhtəşəm idi. Bu gözəlliyə baxmaqdan, bu əzəməti seyr etməkdən doymaq olmurdu.
Dünyanın dörd tərəfindən Azərbaycan mədəniyyətinin ən parlaq isimlərinin varisləri dəvət olunmuşdu bu möhtəşəm tədbirə.

Baxdıqca fərəh hissindən uçmağa qanad axtarırdıq... Təşkilatçılar var olsun!

Amma bir nüansı anlamadım, anlaya bilmədim, düşünürəm ki, heç kim anlamadı...

Nəinki ən Böyük Şuşalı, nəinki ən Böyük Qarabağlı, ən Böyük, çöx Böyük AZƏRBAYCANLI Rəşid Behbudovun yeganə varisi, ən köklü, ən əsilli Şuşalı Məcid Behbudovun nəvəsi, Qarabağın ən tanınmışlarından, Şuşanın ən zənginlərindən olan Behbudalı Behbudovun nəticəsi Rəşidə xanım Behbbudova niyə layiq görülmədi işğaldan azad olunmuş ata-baba yurduna getməkdən?... Ermənilərmi mane oldu buna?...