Ağadadaş Ağayevin son vəziyyəti
    • 18-05-2021, 12:07
    • 828

Ağadadaş Ağayevin son vəziyyəti

Bir müddət öncə ağır əməliyyat keçirən Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

News24.az xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında sənətçi ilə bağlı paylaşım edib. O, Xalq artistinin səhhətinin yaxşı olduğunu bildirib: "Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı. Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir. Tanrı səni qorusun, əziz dostum... Sən milyonların duasına layiq oğulsan".