Əməkdar artistin səsyazısını yaydı, aralarında DAVA DÜŞDÜ
    • 18-05-2021, 12:20
    • 627

Əməkdar artistin səsyazısını yaydı, aralarında DAVA DÜŞDÜ

Əməkdar artist Gülbahar Şükürlü ilə aparıcı Elgiz Əkbər küsülü imiş.

News24.az xəbər verir ki, bu haqda qarmon ifaçısı "Elgizlə izlə"yə zəng edərkən deyib. Aparıcı bildirib ki, G. Şükürlü onun səsyazısını yaydığına görə inciyib: "Bizim qardaş-bacı münasibətimiz var. Bir gün xəbər gəldi ki, səhhətində problem yaranıb, xəstəxanaya düşüb. Həmin günün axşamı ona yazdım ki, səndən nigaranam, haradasan, gəlim yanına? Mənə səs göndərdi ki, problem yoxdur, hər şey yaxşıdır, əməliyyat olacam, evə gələcəm. Mən də səsi efirə verdim ki, baxın yaxşıdır. Gülbahar xanım dedi ki, gözüm səni görməsin, niyə səsimi yaydın?".