Türkiyə ordusu tərəfindən Suriya terrorçularının mövqelərinə zərbələr endirilib
    • 31-10-2018, 16:24
    • 905

Türkiyə ordusu tərəfindən Suriya terrorçularının mövqelərinə zərbələr endirilib

Türkiyə ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib.

“Anadolu” agentliyi xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Türkiyənin Şanlıurfa əyalətinin Suruc rayonun sərhəd xəttindən Fərat çayının şərqində yerləşən Ayn-əl-Ərəb (kürd separatçıları Kobani deyir) bölgəsindəki PKK terrorçularının mövqelərini haubitsa ilə atəşə tutub. Nəticədə 4 terrorçu məhv edilib, 6-sı yaralanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Fəratın şəqrində yerləşən terrorçuların mövqelərinə zərbə endirəcəklərini bildirib. 

//Anadolu