Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
    • 19-05-2021, 12:09
    • 408

Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

Azərbaycanda “İnformasiya-Kommunikasiya Texnolgiyaları” Yeni Texniki Komitə (AZSTAND/TK 05) yaradılıb.

Bu barədə News24.az-a Azərbaycan Standartlaşma İnstitutundan məlumat verilib.

Bidirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 31 mart 2021-ci il tarixli 212323400031 saylı əmri ilə “İnformasiya-kommunikasiya texnolgiyaları” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 05) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilib.

Texniki Komitənin yaradılmasında əsas məqsəd “İnformasiya-kommunikasiya texnolgiyaları” sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“İnformasiya-kommunikasiya texnolgiyaları" standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) sədrliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirəcəkdir.

AZSTAND/TK 05-un strukturuna Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzinTelecom" MMC, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Milli Elimlər Akademyası İdarəetmə Sistemləri İnstitutu, “BestComp Group” MMC, “Ultra” şirkəti, “Microsoft Azərbaycan” MMC, “Virtual Azərbaycan Qrup of Kompani” MMC daxil edilib.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.