Baş Prokurorluq saxta koronavirus testləri ilə bağlı məlumat yaydı
    • 19-05-2021, 15:46
    • 434

Baş Prokurorluq saxta koronavirus testləri ilə bağlı məlumat yaydı

"Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb".

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir", məlumatda qeyd edilib.