Elxan Məmmədov: "Çempionatımızda böyük rəqabət var"
    • 19-05-2021, 18:24
    • 435

Elxan Məmmədov: "Çempionatımızda böyük rəqabət var"

"Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı! Aylar öncə qeyd etmişdik: çempionatımızda böyük rəqabət var və budur, son tur ərəfəsindəyik – hələ çempion bəlli deyil".

News24.az bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun rəsmi feysbuk səhifəsinə açıqlamasında Azərbaycan Premyer Liqasının son turu barədə fikirlərini bölüşərkən deyib.

E.Məmmədov bildirib ki, nəinki 3-cü və 4-cü pillənin sahibi müəyyənləşməyib, hətta 5, 6, 7 və 8-ci yeri hansı komandanın tutacağı da bilinmir: "Pandemiya dövründə futbol yarışlarının keçirilməsinə icazə verən Nazirlər Kabineti yanında Operativ Qərargaha və COVID-19-la bağlı AFFA-nın müvafiq prosedurlarına riayət edən bütün aidiyyəti üzrə şəxslərə təşəkkür edir, koronavirusla əlaqədar heç da asan olmayan dövrdə mövsümü başa vuran komandalarımızı təbrik edirik"!