7 saylı Uşaq Poliklinikasının həkimlərindən SƏRT ETİRAZ:
    • 20-05-2021, 18:17
    • 2 769

7 saylı Uşaq Poliklinikasının həkimlərindən SƏRT ETİRAZ: "BEZMİŞİK!" - VİDEO

Nərimanov rayonu, 7 saylı Uşaq Poliklinikasının dar ixtisaslı həkimləri narazıdır. 

Pediatrlardan News24.az-a daxil olan şikayəti təqdim edirik: 

“Bizə yeni proyekt təqdim edilib. 3 aylıq sınaq müddəti verilib. Bu pilot layihə Nərimanov rayonunu əhatə edir. Mahiyyət isə ondan ibarətdir ki, ixtisaslı həkimlər hamısı bir yerdə əyləşsin. Biz hazırda 8 saylı Şəhər Poliklinikasında çalışırıq. Burada böyüklər də müalicə və müayinə üçün gəldiyi üçün ciddi sıxlıq var. 7 saylı Uşaq Poliklinikası ilə bizim aramızda məsafə çox olduğu üçün xəstələr gəlmirlər. Sıxlığı görəndən sonra şikayət edib, geri qayıdırlar. Arxa və ön qapıları açıblar ki, insanlar rahat vaksinasiya olunsun. Ancaq bu addım belə sıxlığa çarə olmur. 7 nömrəli poliklinikaya qayıtmağı çox istəyirik. Bizə məlumat veriblər ki, layihə özünü doğrultsa, iyulun 1-dək davam edəcək. Ancaq biz tərəfdən qətiyyən özünü doğrultmur”. 

Məsələni aydınlaşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurum mövzunun araşdırılıb, məlumat veriləcəyini bildirdi.