Fransa səfirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar başsağlığı verdi
    • 21-05-2021, 14:00
    • 617

Fransa səfirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi görkəmli Azərbaycan rəssamı Tahir Salahovun vəfatı ilə əlaqədar başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə səfirliyin feysbukdakı rəsmi səhifəsindəki paylaşımda deyilir.

“Fransa səfirliyi Azərbaycanın məşhur rəssamı Tahir Salahovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır. T.Salahov 2015-ci ildə Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib. Fransa səfirliyi ailəsinə və həmçinin yaxınlarına başsağlığı verir”, – paylaşımda bildirilir.