Xəzər TV-nin əməkdaşı qəzada yaralandı
    • 1-11-2018, 10:52
    • 963

Xəzər TV-nin əməkdaşı qəzada yaralandı

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının yaxınlığında baş verib.

Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobus eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb. Yaralılar paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.

Xəsarət alanlar arasında Xəzər televiziyasının redaktoru Zakirə Zakirqızı da var. O, kəllə-beyin travması alıb, dişləri tökülüb.

Faktla bağlı araşdırma aparılır.