Millimiz Valeri Lobanovskinin xatirə turnirində - SİYAHI
    • 24-05-2021, 10:10
    • 499

Millimiz Valeri Lobanovskinin xatirə turnirində - SİYAHI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

News24.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığma mayın 25-də start götürəcək turnirə Ukrayna Futbol Federasiyasının dəvəti ilə qatılacaq.

Beş gün davam edəcək yarışa baş məşqçi Milan Obradoviçin rəhbərliyi altında 24 futbolçu yollanacaq. Onların arasında I Divizionun bombardiri, "Turan Tovuz"un hücumçusu Vidadi Cəfərov da var.

N.AD / SOYADKLUB
1Nicat MehbalıyevSabah
2Rüstəm SamiqullinSabah
3Əlirza MüştəbazadəNeftçi
4Rauf HüseynliQarabağ
5Arsen AğcabəyovSabah
6Rüfət ƏhmədovQəbələ
7Zamiq ƏliyevQarabağ
8Cəlal HüseynovZirə
9Mert ÇelikNeftçi
10Elçin MustafayevKeşlə
11Nihad QurbanlıNeftçi
12Səbuhi AbdullazadəSumqayıt
13Asim ƏlizadəNeftçi
14Şakir SeyidovSabah
15Ədilxan QarəhmədovSəbail
16Veysəl RzayevSabah
17Fərid YusifliNeftçi
18Turan VəlizadəKeşlə
19Rüfət AbdullazadəSumqayıt
20Vüsal ƏsgərovNeftçi
21İsmayıl ZülfüqarlıNeftçi
22Camal CəfərovSabah
23Vidadi CəfərovTuran Tovuz
24Musa QurbanlıZirə

Qeyd edək ki, Azərbaycan millisi mayın 26-da Ukrayna, mayın 27-də Özbəkistanla qarşılaşacaq.