Stilist Elnur Həsənov narazılıq edib
    • 1-11-2018, 11:47
    • 5 549

Stilist Elnur Həsənov narazılıq edib

Stilist Elnur Həsənov müğənnilərlə çalışma üslubundan danışıb.

Bildirib ki, ona müraciət edən müğənnilərdə stil dəyişikliyi etməzdən əvvəl ən az 1 həftə onlarla söhbət edib, nə istədiklərinə dəqiq əmin olur. Həmin ərəfədə Elnur müğənninin arxivini araşdırır, ona müraciət edənə qədər necə göründüyü - geyim və makiyajı ilə tanış olur. Ondan sonra fantaziyasına uyğun olaraq müğənniyə yaraşa biləcək stil verir.

Stilist 2016-cı ildə Eurovisionda Azərbaycanı təmsil etmiş Səmranın geyiminin tənqid olunmasından da bəhs edib. Müsabiqə üçün Səmranın imicini yaradan E. Həsənov narazılıqla bildirib ki, bizdə yaxşını görmək istəyən yoxdur, hamı daha çox tənqidə üstünlük verir.

Azər Nəsibov