Anar Kərimov: "Tahir Salahov hər zaman yaddaşımızda və qəlbimizdə olacaq"
    • 24-05-2021, 13:30
    • 489

Anar Kərimov: "Tahir Salahov hər zaman yaddaşımızda və qəlbimizdə olacaq"

"Azərbaycan xalqı, mədəniyyəti və ictimaiyyəti üçün ağır gündür. Tahir Salahov yalnız Azərbaycanın mədəniyyət xadimi deyil, eyni zamanda, dünya şöhrətli bir rəssam və ictimai xadim olub".

News24.az-ın məlumatına görə, bu fikirləri Azəbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, T.Salahovun ürəyi hər zaman Azərbaycanla döyünüb: "Əsərləri dünyanın ən gözəl və mötəbər muzeylərində nümayiş olunub. O, Azərbaycanı layiqincə hər yerdə, yüksək səviyyədə təbliğ edib. Universitetlərdə, institutlarda rəhbər vəzifələrdə çalışıb. Əsərləri, şəxsiyyəti, fəaliyyəti və Azərbaycana olan sevgisi heç vaxt unudulmayacaq. Hər zaman yaddaşımızda və qəlbimizdə olacaq. Azərbaycan hökuməti adından ailə üzvlərinə və ictimaiyyətə dərin hüznlə başsağlığı verirəm".

Sevda Bayramova