-
- 24-05-2021, 17:23
- 609
Kamran Əliyev Cahit Bağçı ilə görüşdü
Mayın 24-də Baş prokuroru Kamran Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qonağı səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Kamran Əliyev qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş ediriblər.
Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsi iki ölkə arasında sıx bağların olmasının təzahürüdür.
Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Cahit Bağçı ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.
Səfir ölkələrimiz arasında tarixən mövcud olan qardaşlıq münasibətlərinin iki ölkə rəhbərinin apardıqları uğurlu siyasət nəticəsində bu gün ən yüksək pilləyə qalxdığını, bu əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni edəcəyini bildirib.
Sonda Kamran Əliyev qonağa yeni fəaliyyətə başlaması ilə əlaqədar uğurlar arzu edərək, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyi ifadə edib.
Görüşdə həmçinin, Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın zamanda ölkəmizə edəcəyi səfərlə əlaqədar müzakirələr aparılıb.