-
- 25-05-2021, 10:47
- 1 300
"Vaqif müəllim bizi yığsın, ağzımızın üstünə bir sillə vursun" - ELNARƏ XƏLİLOVA - VİDEOMÜSAHİBƏ - FOTOLAR
“Məhəbbət payı”, “Ayrıldıq”, “Ruh əkizi”, “Pəncərəndə” və bu qəbildən bir çox mahnıların ifaçısı, ilk "W-trio"nun ifaçılarından biri, əvvəllər şirin-şıltaq obrazı ilə seçilən, indi isə artıq nümunəvi ana, gözəl ailə xanımı müğənni Elnarə Xəlilova ilə həmsöhbət olduq.
Elnarə Xəlilovanın News24.az-a verdiyi müsahibəni təqdim edirik:
- Bu il "W-trio"nun yaranmasından 20 il ötür. Yenidən üçünüz birləşib bir layihə edə bilərsiniz?
- Hər zaman hazıram. Biz görüşəndə, telefonla danışanda hər şey yaxşı olur. Yəni bir problemin olduğunu hiss etmirəm. Natavan ana olanda çox sevindik. Zəng edib təbrikimi də elədim. Çünki illərlə Xuramanla onun xoşbəxt olması üçün dua edirdik. Aramızda bir tək subay o idi. Dediyim kimi, mənim heç kiminlə problemim yoxdur. O qədər olub ki, bir-birimizin paltarlarını geyinmişik, eyni evdə yaşamışıq, bir qabdan çörək yeyib, kəsmişik. Yəni bunları itirə bilmərəm.
- Çoxları deyir ki, Elnarənin başı ailəsinə qarışdığına görə sənət qalıb ikinci planda..
- Deməzdim ki, başım tamamilə ailəyə qarışıb. Mənim başım elə sənətdədir. Çünki öz yaşıdlarım arasında ən məhsuldar müğənniyəm. İkinci belə bir adamı tanımıram. Mən konkret başımı aşağı salıb işimlə məşğulam. İşimi görüb hesabatımı da verirəm. Hər bir layihəm də göz qabağındadır. Amma təbii ki, ailəm mənim üçün daha vacibdir və ilk sıradadır. Hər ikisini bir arada saxlamaq çox çətindir. Baxın, Natavan ailə həyatı qurdu, hələ bir övlad dünyaya gətirib, amma artıq tamamilə başı ailəsinə qarışıb. Sonuncu hiti hamilə olanda çıxardı, vəssalam. Başı ailəsi, uşağına qarışıb, bu da normaldır. Belə olacağını da bilirdim. İradə İbrahimovanı da misal gətirə bilərəm. İradə ailəsini dişinə tutur. Həyat yoldaşının işinə görə məcbur vətəni tərk etdi, sənətdən bir qədər uzaqlaşdı. İradə indi vətən həsrəti ilə yaşayır. Kim də bilməsə, mən bilirəm ona indi necə çətindir. Amma həm ailəni saxlamaq, həm də sənətlə məşğul olmaq bunu hər kəs bacarmır. Hələ üstə gəl mənim kimi dörd uşağa da baxsın. İndi də dərslər başlayıb, tamam başımı itirmişəm. Yenə zülmüm başladı (gülür). İnanın ki, səhər saat yeddidən ayaq üstəyəm.
- İlk zamanlarda həyat yoldaşınızın ailəsi sizi gəlin kimi qəbul etmirdi. Onları necə razı saldınız, sevgilərini necə qazandınız?
- Gəlin köçəndə artıq hər şey yaxşı idi. Çətini üzük taxana qədər idi. Bizim xeyir işimiz bir il uzandı. Həm də araya ölümlər girdi. Düzdür, müəyyən problemlərlə rastlaşdım. Çünki Rövşənin valideynləri məni yaxşı tanımırdılar. Onlar məni elə müğənni Elnarə kimi tanıyırdılar. Yəqin düşünürdülər ki, məndən arvad çıxmaz, uşaq dünyaya gətirə, ev yığışdıra, ərimin qulluğunda dura bilməyəcəm (gülür). Mən belə başa düşürdüm, amma çox keçmədi ki, hər şey tam əksi oldu. Üzük gələndən üç ay sonra gəlin köçdüm. Yəni, üzük taxılandan sonra heç bir problemimiz olmadı.
- Deyəsən, qayınananız ilk zamanlarda toyda oxumağınıza icazə vermirdi?
- Deməli, nişan günü üzük taxılandan sonra qayınanan baldızımın yanında çəkdi məni qırağa. Dedi ki, "ay qız bura gəl. Bax bu üzüyü sənə taxdıq, indi deyəcəyimiz sözləri qulağına sırğa elə. Müğənnisən, televizora çıxırsan özün bilərsən, amma restoranlarda, toylarda oxumağını yığışdır. Bir də görməyim". Mən də bütün sözlərə qulaq asdım və dedim –"Baş üstə!". Bir qədər səbr etdim, qızım yeni doğulmuşdu. Qayınanam mənə prodüserlik etməyə başladı (gülür). Çağırırdı məni, deyirdi -"ay qız, bura gəl. Filankəs zəng eləmişdi, toya çağırır səni. Get oxu da nə var ki? Yarım saata bu qədər pul verirlər. Get oxu". Mən də cavab verirdim ki, - "bəs, sən deyildin mənə toylarda oxumağı qadağan edən?" (gülür). İnanın ki, bunu artıq öz aramızda bir zafatata çevirmişdik. Əslində, mən heç vaxt çox toya gedən müğənni olmamışam. Çox vaxt bəh-bəh, qırmızı xalı, xahiş, minnətlə getmişəm. Hər toya getmirəm.
- Sizcə, əbədi sevgi var?
- Var hisslər, var münasibət. Bunlar fərqli-fərqli şeylərdir. Hiss yox, amma münasibət dəyişə bilir. Ya sevirsən, ya da sevmirsən. Sevirsənsə etiraf elə ki, sevirəm. Ailə həyatı qurmusansa deməli sevirsən. Evlənməmişdən öncə sevgili münasibəti olur. Onun tamam başqa ləzzəti var. Hələ qovuşmamısan axı..(gülür). Ehtiras öz sözünü deyir, fiziki cəlbetmə olur. Sonra ailə qurursan, yenə də münasibət dəyişir. Çətini bir uşağa qədərdir. Yadıma gəlir qızım yeni anadan olanda yoldaşımı ona qısqanırdım. Görürdüm ki, onunla daha çox vaxt keçirir, üstündə əsir əməlli başlı qısqanmışdım. Hətta özünə də dedim. Sual verdim ki, - "sən onu məndən çox istəyirsən?" Qayıdıb mənə dedi ki, - "dəlisən sən? Elə o da sənsən". Bu sözdən sonra anladım ki, çox səhv düşünmüşəm. Biz yoldaşımla indi valideyn münasibətindəyik. Bizi bir-birimizə birləşdirən övladlarımızdır. Onların qayğıları, təhsili bizim üçün hər şeydir. Nə iş, nə özəl həyat ancaq uşaqlarımız. Heç mənim demək olar ki, özəl həyatım yoxdur, çünki buna vaxtım yoxdur. Ağlım ancaq uşaqlardadır. Bacardığımızı onlar üçün edirik. Ən yaxşı halda o axşam işə gələndə onlarla məşğul olur, ən pis halda həftələrlə evə gəlmir. İşi ilə bağlı gah Zəngilandadır, gah Qubadlıda. Bu zamanlarda çox çətin olur. O orda dağda, dərədə tək, mən də burda dörd uşaqla. Hərdən dəli olmaq dərəcəsinə çatıram. Deyirəm - "ay Allah, bu nə idi mənim başıma gəldi, yığıb-yığışdıra bilmirəm" (gülür). Amma nə edim başqa çarəm yoxdur. Həyat yoldaşım mənim üçün çox doğma insandır. Nə ola bilər ki, biz ayrılaq bilərik? Bilmirəm. Heç düşünmürəm ki, bu saatdan sonra o mənsiz, ya da mən onsuz dura bilim. Çünki burda illərin sınanmış sevgisi və münasibəti var.
- Bəs, beşinci övlad haqqında düşünürsünüzmü? Siz həm də çox uşaqlı sənətçilərimizdənsiniz..
- Beş uşaq anası Bəyimxanım, dörd uşaq anası Gülyanaq, dörd uşaqlı Xuraman, uç uşaq anası Nura, üç uşaq anası Fidan Hacıyeva, iki uşaq anası İradə, iki uşaq anası Lalə, iki uşaqlı Samira var. Yəni maşaALLAH şou-biznesdə çox uşaqlı analarımız çoxdur. Amma nədənsə ağla ilk mən gəlirəm.
- Az öncə Vaqif Gərayzadədən danışdıq. Sonuncu dəfə müəlliminizlə nə vaxt danışmısınız?
- Təqribi iki il öncə. Yəqin qismət olar bu yaxınlarda görüşərik.
- Martda doğum günü idi. Təbrik elədinizmi?
- Yox unutdum. Müəllimim, üzərimdə böyük əməyi olan Vaqif müəllim məni bağışlasın. Çünki dekabrda koronavirusa yoluxmuşdum və ondan sonra yaddaşımda müəyyən problemlər yarandı. Hətta Vaqif müəllimin doğum günündən iki gün sonra atamın doğum günü idi. Onu da təbrik etməyi unutdum. Yaxşı olardı ki, Vaqif müəllim bizim hər birimizi yığsın. Çünki bunu ancaq o edə bilər. Oturaq, stress ataq, dərdləşək. Hər birimizi çağırıb bir-bir tənbeh etsin, başımızı əzsin (gülür). Axı, biz onun balalarıyıq. Desin ki, -"sən çox nahaq yerə bu sözü demisən!" və ağzımızın üstünə bir sillə vursun (gülür). Bəlkə o bizə bir düzən versə, sirkələnərik, utanarıq, abır edərik. Bu da lazımdır.
- Tamaşaçılar sizi hələ də şıltaq qız obrazında görmək istəyir..
- Elnarənin 41 yaşı var. Mən necə o qız obrazına girə bilərəm? Mən çoxdan o obrazdan çıxmışam (gülür). Amma mənə çox uğur gətirdi. Problem ondandır ki, o boşluğu dolduran yoxdur. Çox qəribədir. Məndən gözəl, təravətli, istedadlı gənclərimiz var, amma boşluq dolmur. Yoxdur ki camaat bunu məndən tələb edir. Olsa, yerim dolsa məndən əl çəkərlər (gülür). Mənim Cennifer Lopez kimi səhnədə rəqs etmək kimi bir iddiam yoxdur. Olsaydı zamanında elədiyim işi davam etdirərdim. Bilirsiniz, mən yaşadığımı oxuyuram. Niyə ikinci "Məhəbbət payım", "Ayrıldıq" yoxdur? Çünki bir dəfə məhəbbətimin payı olub, bir dəfə də ayrılmışam və ondan mahnı oxumuşam. Mən heç nəyi yalandan edə bilmirəm. Amma istəyirəm ki, 50 il sonra mənə rəhmət oxunsun.
Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov