-
- 25-05-2021, 23:00
- 655
"Müəllimlərin mənə deyirdilər ki, səndən oxuyan olmayacaq” - AYAZ
"Müəllimlərin mənə deyirdilər ki, səndən oxuyan olmayacaq. Amma mən özümdə güc tapdım. Mənə pislik edən insanlar yaxşı ki, oldular. Onların ayağıma sərdikləri daşlardan özümçün pilləkən düzəldib, bugünkü Ayaz oldum".
News24.az xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" proqramında deyib. Müğənni uşaqlıq illərinin keçmədiyindən danışıb: "Digərlərindən fərqli olaraq mənim standart uşaqlıq illərim keçməyib, amma heç vaxt da heç nəyin artığını arzulamadım. Gözlənilmədən o həyatı yaşamağa məcbur olduq, uşaqlıq illərim bir andaca yoxa çıxdı. Bu gün arzuladığımdan da üstün bir yerdəyəm çox şükür olsun. Amma bu sənət o qədər çətindir ki, övladlarımın davamçım olmasını heç istəmərəm. Bəlkə də "karate"' üzrə yaxşı idmançı ola bilərdim. Amma atam dedi ki, ikisindən birini seç, mən də musiqini seçdim. Şou-biznesin bəzi qayda-qanunlarının heç bir aidiyyatı yoxdu. Təsadüfi ifaçı da deyiləm".